• 3 °C
|

Suriyanın yeni hökumətinin lideri Türkiyəyə ilk səfərini planlaşdırır

15 Yanvar 2025
img

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şaraa ilk xarici səfərini Türkiyəyə etməyi planlaşdırır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, səfər əş-Şaraanın Suriyanın yeni parlamenti tərəfindən dövlət başçısı seçilməsindən sonra baş tutacaq.

Bundan əvvəl Türkiyə mediası məlumat vermişdi ki, səfər yaxın günlərdə baş tutmalı idi, lakin əş-Şaraanın proqramındakı dəyişikliklər səbəbindən təxirə salınıb.

Qeyd edək ki, çərşənbə günü Ankarada Türkiyə rəsmiləri ilə Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən əş-Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında danışıqlar keçiriləcək. Nümayəndə heyətinə, həmçinin müdafiə naziri Mirhaf Əbu Kisra və kəşfiyyat xidmətinin direktoru Enes Hattab daxildir. Danışıqlar nazirlərin “3+3” formatında keçiriləcək. Gündəliyin əsas məsələsi Suriyada Kürdüstan Fəhlə Partiyasının (PKK) və onun yerli qolu olan “Xalq Müdafiə Qüvvələri”nin (YPG, hər iki qurum Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır) ləğv edilməsidir.