• 29 °C
|

Türkiyə və Rusiya XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər

31 Yanvar 2025
img

Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat verilib.

Bildirilir ki, danışıq zamanı hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi vurğulanıb və ölkədə siyasi keçid prosesinin əhatəli olmasının vacibliyi qeyd edilib.