• 7 °C
|

Türkiyədə hoteldə yanğınla bağlı saxlanılanların sayı artdı

24 Yanvar 2025
img

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğınla bağlı saxlanılanların sayı 12-yə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Xatırladaq ki, hadisə yanvarın 21-də gecə baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.

Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb.

Saxlanılan şəxslər hoteldə yanğın təhlükəsizlik qaydalarının pozulmasında ittiham edilir.