• 21 °C
|

Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu

13 Yanvar 2025
img

Yaponiyanın Kyusyu adası yaxınlığında 6,9 maqnitudalı zəlzələ baş verib.

Oxu.Az-ın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, təkanlar Osakada hiss edilib.

Təbii fəlakətlə əlaqədar Yaponiyada Kyusyu, Sikoku, Amami adaları və Honsyu adasının bir sıra rayonları üçün sunami təhlükəsi barədə xəbərdarlıq elan edilib.

Hələ ki dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.