• 29 °C
|

Milli Hidrometeorologiya Xidməti: Sabah qızmar diskomfort hava şəraiti gözlənilir

14 İyul 2025
img

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə sabahkı hava əhali üçün əlverişsizdir.

"Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil", – məlumatda qeyd olunub.