• 7 °C
|

Rusiya XİN: Xəzərin dayazlaşması ilə bağlı yaradılan ikitərəfli işçi qrup beştərəfli formata keçirilə bilər

14 Yanvar 2025
img

Rusiya və Azərbaycan Xəzərin dayazlaşması ilə bağlı məsələlərin həlli üçün ikitərəfli işçi qrupu yaradıb. Gələcəkdə isə onu beştərəfli formata keçirməyi planlaşdırır.

Bu barədə “Report”un sualını cavablandıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında bildirib.

"Hazırda ikitərəfli işçi qrupu yaradırıq. Onu beştərəfli formata keçirməyi təklif etmək istəyirik ki, bütün Xəzəryanı dövlətlər bu işdə iştirak etsinlər. Biz beynəlxalq arenada da əməkdaşlıq edirik", – XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, Bakı və Moskva arasında təhlükəsizlik, terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində, həmçinin silahlı qüvvələr və xüsusi xidmət orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün əlaqələr qurulub və praktiki addımlar atılır.