|

Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib

6 Noyabr 2026
img

Gürcüstanın Bolnisi rayonunun Talaveri (Faxralı) kəndinin Arif Əliyev adına 1 saylı ictimai məktəbi üçün yeni bina inşa edilib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze təhsil ocağına baş çəkib.

Nazir məktəb rəhbərliyinin nümayəndələri və şagirdlərin valideynləri ilə görüşüb, onları yeni məktəbin tikintisinin başa çatması münasibətilə təbrik edib.

Məktəbin tikintisi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin nəzdindəki Bələdiyyələrin İnkişafı Fondu tərəfindən həyata keçirilib. Tikinti-təmir işləri yekunlaşdırılıb, hazırda nəzarətçi təşkilat tərəfindən aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər aparılır.

Müasir standartlara cavab verən binada sinif otaqları, laboratoriya, kitabxana, kompüter otağı və yeməkxana yerləşir. Məktəb ərazisində açıq idman meydançası da yaradılıb, bina xüsusi təhsil ehtiyacları olan şagirdlər üçün də uyğunlaşdırılıb.