12 Avq 2026

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi 9 avqust saat 23:59-dək davam edəcək.
Bu barədə APA-ya DİM-dən məlumat verilib.
7 avqust saat 09:45-ə olan məlumata əsasən 7437 abituriyent (Azərbaycan bölməsi – 7084; rus bölməsi – 353) artıq ərizəsini təsdiq edib.