• 30 °C
|

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

12 Avqust 2026
img

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.