• 30 °C
|

MİQ üzrə vakansiya seçiminin nəticələri məlum olub

18 Avqust 2026
img

12-15 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər.

Nəzərinizə çatdırırıq ki, uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçim mərhələsində iştirak edə bilərlər.

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir.

Növbəti mərhələdə iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!