04 Sen 2026

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.
APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayılıb.
Bildirilib ki, nəticələr barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsahibə mərhələsində uğur qazanan namizədlər sentyabrın 10-u saat 18:00-dək tələb olunan sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.