• 15 °C
|

Samuxda “Son Zəng”də səslənən mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat olub

4 Sentyabr 2025
img

Samux rayon İnstitut qəsəbə tam orta məktəbinə yeni direktor təyin edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Göygöl rayonu Fəxrəddin İmamquliyev adına Yalqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Natiq Əmirov Samux rayonu İnstitut qəsəbə tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru 2024 ci ildə “Son zəng” tədbirində səslənən musiqiyə görə işdən azad edilib. "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən mahnı səsləndirilib və bu barədə görüntü yayılıb. Buna görə məktəbin direktoru Gülsəba Abbasova vəzifəsindən azad olunub.