• 8 °C
|

Azərbaycanla BP arasında fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparılıb

22 Yanvar 2025
img

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə səmərəli əməkdaşıq və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparıb.

"Report" xəbər verir ki, bu barədə M.Cabbarov “X” hesabında yazıb.

"Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşmək xoş oldu. Şirkətin yaşıl enerji keçidində fəal təmsilçiliyi, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr apardıq", – paylaşımda qeyd olunub.