• 26 °C
|

Haysam əl-Qays: OPEC Bakı Enerji Həftəsinin əsas məsələlərin həllinə yönəlmiş yanaşmasını alqışlayır

2 İyun 2025
img

OPEC Bakı Enerji Həftəsinin qlobal enerji gündəliyinin əsas məsələlərinin həllinə yönəlmiş strateji yanaşmasını alqışlayır.

"Report" xəbər verir ki, bu barədə OPEC-in Baş katibi Haysam əl-Qays Bakı Enerji Həftəsinin açılışında bildirib.

"Çıxışında Baş katib Azərbaycan Prezidenti İlham Əliyevə OPEC və kartelə daxil olmayan istehsalçılar arasında Əməkdaşlıq Bəyannaməsini (DoC) davamlı dəstəkləməsinə görə təşəkkür edib. Azərbaycan DoC-un aparıcı iştirakçılarından biridir", – OPEC-in mətbuat xidməti əl-Qaysın sözlərini sitat gətirib.

Məlumata görə, əl-Qays həmçinin Bakı Enerji Həftəsinin iyulda keçiriləcək 9-cu Beynəlxalq OPEC Seminarının prioritetləri və mövzusuna uyğun olaraq qlobal enerji gündəliyinin əsas aspektlərinin həllinə yönəlmiş strateji yanaşmasını alqışlayıb.

OPEC-dən vurğulanıb ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən Bakı Enerji Həftəsi beynəlxalq enerji təqviminin aparıcı hadisəsidir.