Hazırda Qarabağda dövlət-özəl tərəfdaşlığı modeli əsasında 13 MVt gücündə enerji stansiyasının tikintisinə Türkiyə və Azərbaycanın müvafiq şirkətləri tərəfindən başlanılıb.
“Report”un Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə “AzərEnerji” ASC sədrinin müşaviri Vüqar Əliyev “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında bildirib.
Onun sözlərinə görə, yaxın zamanda daha iki enerji layihəsinin icrasına başlanması üçün hazırlıq işləri görülür.
“Gələcəkdə regionda enerji tələbatı artacağı halda, əlavə ötürücü xətlərin çəkilməsi və enerji güclərinin artırılması nəzərdə tutulur. Hazırda regionda fəaliyyət göstərən stansiyalar orta hesabla 30–70 % rentabelliklə işləyir, maya dəyəri isə digər regionlarla müqayisədə daha aşağıdır”, – deyə V. Əliyev qeyd edib.