• 17 °C
|

TAP öz ehtiyacları üçün istifadə olunan qazın alınması üçün tender elan edəcək

29 Mart 2025
img

Azərbaycan təbii qazının Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri Konsorsiumu (TAP AG) əməliyyat fəaliyyətləri üçün tələb olunan qazın, o cümlədən kompressor stansiyalarının təchizatı üçün yanacağın alınması üçün tender elan edəcək.

Bu barədə “Report” konsorsiuma istinadən xəbər verir.

Tenderə əsasən, qazın tədarük dövrü bu ilin oktyabrın 1-dən 2027-ci ilin sentyabrın 30-na kimidir. Eyni zamanda, bu müddətin 30 sentyabr 2028-ci ilə kimi uzadılmaq imkanı möcuddur.

TAP Virtual Ticarət Nöqtəsi (VTP) müvafiq dövr üçün sabit nəqliyyat tutumuna sahib olan TAP daşıyıcıları üçün əlçatandır.

Melendugno, Nea Mesimvria və ya Komotini birləşmə nöqtələri isə müvafiq dövr üçün fasiləli nəqliyyat tutumunu sifariş edən TAP daşıyıcıları üçün əlçatandır.

Əlavə olaraq, TAP-ın Qəbul Terminalında istifadə olunan qazın yenidən çatdırılması üçün İtaliyanın Melendugno qarşılıqlı əlaqə nöqtəsidir.

Xatırladaq ki, 2021-ci ildə bazar sınaqlarının nəticələrinə əsasən, TAP-ın səhmdarları 2026-cı il yanvarın 1-dək onun gücünü ildə 10 milyard kubmetrdən əlavə olaraq illik 1,2 milyard kubmetrə artırmaq barədə öhdəlik götürüb.

Daha əvvəl TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) "Report"a müsahibəsində bildirib ki, bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avrodur. Bu mərhələ çərçivəsində Kipoidakı mövcud kompressor stansiyasına daha bir kompressor qurğusu əlavə edəcək və avadanlıq yenilənəcək. Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.

Qeyd edək ki, “TAP A.G.” boru kəməri konsorsiumu səhmdarlarının payları aşağıdakı kimidir: BP (20 %), SOCAR (20 %), “Snam” (20 %), “Fluxys” (20 %) və “Enagás” (20 %).