• 22 °C
|

Azərbaycanlı referi Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib

13 May 2025
img

Azərbaycan Karate Federasiyasının (AKF) Hakimlər Komitəsinin sədri Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib.

"Report" xəbər verir ki, bu barədə AKF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu komitədə cəmi 7 üzv təmsil olunur və onlardan biri də Azərbaycan təmsilçisi Cahangir Babayevdir.