• 4 °C
|

“Böyük Dəbilqə”: Son gündə daha bir Azərbaycan cüdoçusu gümüş medal qazanıb

4 May 2025
img

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə daha bir Azərbaycan cüdoçusu gümüş medal qazanıb.

"Report"un məlumatına görə, Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimova məğlub olub və gümüş medalla kifayətlənib.

Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevə uduzub.

Qeyd edək ki, daha əvvəl Elcan Hacıyev (90 kq) və Balabəy Ağayev (60 kq) qızıl, Vüqar Talıbov (90 kq) isə gümüş medal qazanıb.