• 14 °C
|

A Seriyası: “İnter” qələbə qazanıb, “Napoli” heç-heçə edib

13 Aprel 2026
img

İtaliya A Seriyasında XXXII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Napoli” səfərdə “Parma” ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Lider "İnter" isə səfərdə "Komo" ilə qarşılaşıb. 7 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub. Milan təmsilçisi rəqibini 4:3 hesabı ilə məğlub edib.