• Warning: file_get_contents(http://api.openweathermap.org/data/2.5/forecast/daily?q=Baku,AZ&units=metric&cnt=1&lang=az&appid=c0c4a4b4047b97ebc5948ac9c48c0559): Failed to open stream: HTTP request failed! HTTP/1.1 429 Too Many Requests in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 111

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 113

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 113

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 118

    Warning: foreach() argument must be of type array|object, null given in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 118
|

Adil Şükürov: “Bizi “Kəpəz”lə qarşıda böyük işlər gözləyir”

10 İyun 2025
img

"Kəpəz"in yeni baş məşqçisi Adil Şükürov komandanın qarşısında duran hədəfləri açıqlayıb.

Mütəxəssis bu barədə "Report"a açıqlama verib.

O, təyinatı ilə bağlı danışıb:

"Mənə güvənən hər kəsə təşəkkürümü bildirirəm. Sanki yenidən öz evimə qayıtdım. Gəncəli azarkeşlər həm futbolu sevir, həm də yaxşı bilirlər. İnşallah, tərəfdarların da dəstəyini hiss edərək, "Kəpəz"də böyük işlər görəcəyik. Klubun yeni rəhbərliyinə təşəkkür edirəm. Məsuliyyətli işin altına girdiyimizi bilirik. Danışıqlar prosesi bir az vaxt apardı və sonda planlarımızı müəyyənləşdirdik".

A.Şükürov tez bir zamanda hazırlığa başlayacaqlarını söyləyib:

"Bəziləri düşünə bilər ki, mövsümün startına hələ vaxt var. Lakin biz komandanı artıq formalaşdırmalıyıq. İnanırıq ki, azarkeşlər yeni mövsümdən etibarən meydanda əzmkar və döyüşkən "Kəpəz" görəcəklər. Bilirsiniz ki, çempionatda komanda sayı artıb. Bu da rəqabətin çoxalması deməkdir".

Qeyd edək ki, "Kəpəz" Adil Şükürovla 2 illik müqavilə imzalayıb. Mütəxəssis bu postda Azər Bağırovu əvəzləyib.