• 4 °C
|

Avropa Liqası: “Qarabağ” FCSB komandası ilə oyunda hesabda irəli çıxıb- YENİLƏNİB – 3

23 Yanvar 2025
img

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" – FCSB (Rumıniya) oyununda üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb – 2:1.

41-ci dəqiqədə qonaqların heyətində Dava Coyskim avtoqol müəllifi olub.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

21:55

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" – FCSB (Rumıniya) oyununda ikinci qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabı bərabərləşdiriblər – 1:1.

7-ci dəqiqədə Adrian Şut fərqlənib.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

21:49

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" – FCSB (Rumıniya) oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın 2-ci dəqiqəsində Leandro Andrade Ağdam təmsilçisini hesabda irəli çıxarıb.

Matçı slovakiyalı baş hakim Filip Qlova idarə edir.

21:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" – FCSB (Rumıniya) oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı slovakiyalı baş hakim Filip Qlova idarə edir.

FOTO: Məhəmməd Ağayev