Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Macarıstan üzərində qələbə qazanaraq dünya çempionu olmalarını şərh edib.
“Report” xəbər verir ki, mütəxəssis qazanılan qələbəyə görə Azərbaycan xalqını təbrik edib:
"Bütün xalqımızı təbrik edirəm. Çox gözəl qələbə oldu. Bunu xalqımıza ərmağan edirəm. Bu qalibiyyətdə əməyi olan hər kəsə, rəhbərliyə təşəkkür edirəm. Möhtəşəm qələbə idi. Bu hissləri yaşamaq lazımdır. Futbolda uduzmaq və qələbə qazanmaq da olur. Bütün oyunlara yüksək templə başlayarıq. Bu dəfə bütün istədiklərimizi həyata keçirə bildiyimiz üçün böyük hesab qeydə alındı".
Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub.