• 26 °C
|

Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

30 İyul 2025
img

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Superkubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.

Oyunu portuqaliyalı Joao Pedro Silva Pineyro idarə edəcək.

Qeyd edək ki, görüş avqustun 13-də İtaliyanın Udine şəhərindəki “Fruili” stadionunda keçiriləcək.