01 İyl 2025
Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “qara qartallar” “Roma”nın forvardı Tammi Abrahamı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli hücumçu bu gün tibbi müayinədən keçmək üçün İstanbula gəlib.
Qeyd edək ki, Abraham son mövsümü icarə əsasında "Milan"da keçirib.