• 28 °C
|

“Çelsi” klublararası dünya çempionatının 1/4 finalına yüksəlib

29 İyun 2025
img

İngiltərənin "Çelsi" klubu ABŞ-da keçirilən klublararası dünya çempionatının 1/8 final mərhələsində Portuqaliyanın "Benfika" komandasını əlavə vaxtda 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

APA xəbər verir ki, London təmsilçisinin qollarını Ris Ceyms (64-cü dəqiqə), Kristofer Nkunku (108), Pedru Netu (114) və Kirnan Dyusberi-Holl (117) vurublar.

“Benfika”nın yeganə qoluna isə Anxel Di Mariya 90+5-ci dəqiqədə penaltidən imza atıb.