• 32 °C
|

“Çelsi” klublararası dünya çempionatının ilk finalçısı olub

9 İyul 2025
img

İngiltərənin "Çelsi" klubu Braziliyanın "Fluminense" klubunu 2:0 hesabı ilə məğlub edərək, FIFA klublararası dünya çempionatının finalının ilk iştirakçısı olub.

"Report" xəbər verir ki, yarımfinal matçında braziliyalı hücumçu Joao Pedro iki qola imza atıb.

O, 18 və 56-cı dəqiqələrdə rəqib qapısına zərbə endirib. 36-cı dəqiqədə görüşün baş hakimi Fransua Leteksier "Çelsi"nin müdafiəçisi Trevoh Çalobanın əlinə dəydiyi topa görə penalti təyin etsə də, sonradan köməkçi hakimin müdaxiləsindən sonra qərarını dəyişib.

Finalda "Çelsi" "Real Madrid" – "Paris Sen-Jermen" matçının qalibi ilə qarşılaşacaq. Qarşılaşma iyulun 9-da baş tutacaq.

Klublararası dünya çempionatı ilk dəfədir ki, yeni formatda keçirilir. Turnirdə 32 komanda iştirak edir. Final iyulun 13-nə təyin edilib.