• 33 °C
|

Çempionlar Liqası: “Qarabağ” “Şelburn”la oyunda fasiləyə üstün yollanıb – YENİLƏNİB-2

30 İyul 2025
img

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" – "Şelburn" (İrlandiya) matçında birinci hissə başa çatıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri fasiləyə üstün yollanıblar – 1:0.

Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.

20:45

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" – "Şelburn" (İrlandiya) matçında hesab açılıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar.

Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.

20:01

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" – "Şelburn" (İrlandiya) matçı start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü italiyalı referi Andre Kolombo idarə edir. Tərəflər arasında ilk görüşdə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

FOTO: Məhəmməd Ağayev