• 18 °C
|

Çempionlar Liqası: “Qarabağ” “Şkendiya” ilə oyunda hesabı açıb – YENİLƏNİB

5 Avqust 2025
img

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" matçında hesab açılıb.

"Report" xəbər verir ki, “Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi hesabda irəli çıxıb.

Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.

22:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" matçı start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma “Todor Proeski” stadionunda keçirilir.

Görüşü slovakiyalı referi İvan Krujlyak idarə edir.