• 17 °C
|

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

13 Oktyabr 2026
img

Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda ilk qələbəsini qazanıb.

APA xəbər verir ki, Bakı klubu doğma meydanda Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada hesabı 49-cu dəqiqədə Kahim Parris açıb. Görüşün 88-ci dəqiqəsində isə Coy-Lens Mikels fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.

Beləliklə, “Sabah” Çempionlar Liqasının liqa mərhələsində ilk üç xalını qazanıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə məğlub olmuşdu. “Slaviya” isə Fransanın “Lans” komandasına 2:3 hesabı ilə uduzmuşdu.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

13 oktyabr

20:45. “Sabah” (Azərbaycan) – “Slaviya” (Çexiya) 2:0

Qollar: K. Parris, 49, C.-L. Mikels, 88.

Baş hakim: Sebastyan Qishamer (Avstriya)

Bakı Olimpiya Stadionu

"Sabah": 92. Stas Pokatilov (k), 27. Timoteuş Puxaç, 3. Stiv Solvet, 4. Eyden Makarti, 80. Akim Zedadka, 7. Umarali Rahmonaliyev, 13. İvan Lepinitsa, 37. Du Keyroş, 21. Velko Simiç, 11. Kahim Parris, 20. Coy-Lens Mikels

Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdulah Xaybulayev, 8. Kristian Nvaçukvu, 10. Aleksey İsayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandeş, 99. Orfe Mbina

Baş məşqçi: Valdas Dambrauskas

"Slaviya": 35. Yakub Markoviç, 4. David Zima, 6. Anje Nqessan, 3. Tomaş Holeş (k), 10. Daniyel Şturm, 23. Mixal Sadilek, 16. David Mozes, 27. Tomaş Viçek, 20. Emmanuel Ayaosi, 17. Lukaş Provod, 25. Tomaş Çori

Ehtiyat oyunçular: 29. Nazar Domçak, 40. Adam Rezek, 8. Oskar Kubiak, 13. Moymir Çitil, 14. Samuel İsife, 22. Tumani Diakite

Baş məşqçi: Yindrix Trpişovski