• 30 °C
|

Dünya çempionatı: 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib

28 May 2025
img

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında Bosniya və Herseqovina ilə Tailand komandaları üz-üzə gəlib.

Qarşılaşma Bosniya və Herseqovina millisinin qələbəsi ilə başa çatıb – 3:1.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

FOTO: Mircavid Eminoğlu