• 19 °C
|

“El Klassiko”nun qalibi “Real” olub

26 Oktyabr 2025
img

Bu gün İspaniya La Liqasında “El klassiko” baş tutub.

Apasport.az xəbər verir ki, “Real” azarkeşləri önündə “Barselona”nı qəbul edib.

“Santyaqo Bernabeu”da baş tutan görüşə saat 19:15-də start verilib.

Gərgin keçən qarşılaşmada sevinən tərəf ev sahibləri olub. Cud Bellinqemin 1 qol və 1 assistlə yadda qaldığı matçda "kral klubu" rəqibini 2:1 hesabı ilə məğlub edib.

İspaniya La Liqası
X tur
19:15. “Real Madrid” – “Barselona” – 2:1
Qol: K. Mbappe, 22, F. Lopez, 38, C. Bellinqem, 43