11 Sen 2026

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi İsmail Kartalla bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi 65 yaşlı mütəxəssisin vəzifəsinin başında olduğunu rəsmən bildirib.
Klubun açıqlamasında qeyd olunub ki, komanda sabah saat 11:30-da İsmail Kartalın rəhbərliyi altında məşqə çıxacaq və “Qaziantep”lə qarşılaşmanın hazırlığını davam etdirəcək.