• 7 °C
|

“Fənərbaxça” öz meydanında qələbə qazanıb

5 Yanvar 2025
img

Türkiyə Super Liqasında XVIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.

"Fənərbaxça" "Hatayspor"u qəbul edib. Görüşdə hesabı Yusuf En-Nesiri açıb. Lakin çox keçmədən qonaqlar Bilal Butobba ilə hesabı bərabərləşdirməyə nail olub.

Buna baxmayaraq, ilk hissəyə əlavə olunan dəqiqələrdə En-Nesiri dublunu rəsmiləşdirib. Bu, matçda həlledici qol olub – 2:1.

Türkiyə Super Liqası
XVIII tur

“Fənərbaxça” – “Hatayspor” 2:1
“Kasımpaşa” – “Qaziantep” 2:2
“Bodrum” – “Kayserispor” 1:1