• 25 °C
|

Keyn “Qızıl top”u qazanmaq şansının yüksək olduğunu düşünür

24 Sentyabr 2026
img

“Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn “Qızıl top”u qazanmaq üçün yaxşı şansa malik olduğunu düşünür.

Futbolçunun bu barədə açıqlamasını “The Standard” yayıb.

Daha əvvəl “Barselona”nın hücumçusu Lamin Yamal özünü mükafatın favoriti adlandırıb, “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe isə “Qızıl top”a özünün layiq olduğunu bildirib.

“Özüm haqqında bu cür danışmaq mənim xarakterimə uyğun deyil. Ötən mövsüm əldə etdiklərimlə fəxr edirəm və bilirəm ki, nailiyyətlərim heç kiminkindən geri qalmır. Qalib gəlsəm, inanılmaz dərəcədə qürur duyardım. Düşünürəm ki, bunu qazanmaq üçün mütləq şansım var”, – Keyn deyib.

Qeyd edək ki, 2025/26 mövsümündə Keyn “Bavariya” ilə Almaniya çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb, həmçinin Bundesliqanın bombardiri olub.

O, İngiltərə millisi ilə ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatının bürünc medalını qazanıb.