• 17 °C
|

Konfrans Liqası: Böyük hesabla qələbə qazanan “Sabah” növbəti mərhələyə keçib – YENİLƏNİB-9

31 İyul 2025
img

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Petrok”a (Moldova) qalib gələn “Sabah” növbəti raunda adlayıb.

“Report” xəbər verir ki, Əlincə stadionunda baş tutan matç Bakı təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

“Bayquşlar”ın heyətində Coy Lens Mikels (21,28, 44) het-trik edib. Digər qolu isə Pavol Şafranko (45+2) qonaqların qapısından keçirib. Moldova kollektivinin qolu 42-ci dəqiqəyə təsadüf edib. Ev sahiblərinin heyətində Steve Solvet (42) avtoqol müəllifi olub.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda bakılılar 2:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Petrokub”u mübarizədən kənarlaşdıran “Sabah” adını III təsnifat mərhələsinə yazdırıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq.

21:05

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda öndədir – 4:1.

Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir.

20:50

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu fasiləyə böyükhesablı üstünlüklə yollanıb – 4:1

Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir.

20:46

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda hesab növbəti dəfə dəyişib.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb – 4:1.

45+2-ci dəqiqədə Pavol Şafranko fərqlənib.

20:44

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda hesab yenidən dəyişib.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb – 3:1.

44-ci dəqiqədə Coy Lens Mikels het-trik müəllifi olub.

20:42

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi azaldıblar – 1:2.

"Sabah"ın heyətində 42-ci dəqiqədə Steve Solvet avtoqol müəllifi olub.

20:28

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda hesab dəyişib.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb – 2:0.

28-ci dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.

20:21

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda hesab açılıb..

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda irəli çıxıb.

21-ci dəqiqədə Coy Lens Mikels adını tabloya yazdırıb.

20:01

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Əlincə stadionunda keçirilir.

Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir. Tərəflər arasında ilk görüşdə Bakı təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

FOTO: Mircavid Eminoğlu