• 17 °C
|

Konfrans Liqası: “Sabah” “Petrokub”la oyunda fasiləyə böyükhesablı üstünlüklə yollanıb – YENİLƏNİB-7

31 İyul 2025
img

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu fasiləyə böyükhesablı üstünlüklə yollanıb 4:1

Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir.

20:46

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda hesab növbəti dəfə dəyişib.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb – 4:1.

45+2-ci dəqiqədə Pavol Şafranko fərqlənib.

20:44

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda hesab yenidən dəyişib.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb – 3:1.

44-ci dəqiqədə Coy Lens Mikels het-trik müəllifi olub.

20:42

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi azaldıblar – 1:2.

"Sabah"ın heyətində 42-ci dəqiqədə Steve Solvet avtoqol müəllifi olub.

20:28

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda hesab dəyişib.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb – 2:0.

28-ci dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.

20:21

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda hesab açılıb..

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda irəli çıxıb.

21-ci dəqiqədə Coy Lens Mikels adını tabloya yazdırıb.

20:01

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Əlincə stadionunda keçirilir.

Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir. Tərəflər arasında ilk görüşdə Bakı təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

FOTO: Mircavid Eminoğlu