• 17 °C
|

Konfrans Liqası: “Sabah” “Petrokub”la oyunda hesabı açıb – YENİLƏNİB-2

31 İyul 2025
img

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda hesab dəyişib..

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb – 2:0.

28-ci dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.

20:21

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyununda hesab açılıb..

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda irəli çıxıb.

21-ci dəqiqədə Coy Lens Mikels adını tabloya yazdırıb.

20:01

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Əlincə stadionunda keçirilir.

Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir. Tərəflər arasında ilk görüşdə Bakı təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

FOTO: Mircavid Eminoğlu