• 23 °C
|

“Liverpul” Florian Virtsin transferini açıqlayıb

21 İyun 2025
img

İngiltərənin "Liverpul" komandası Florian Virtsin transferini açıqlayıb.

APA xəbər verir ki, bu barədə klubun sosial media hesablarında məlumat verilib.

22 yaşlı oyunçu üçün Almaniyanın "Bayer" klubuna ümumilikdə 116 milyon funt sterlinq ödəniləcəyi yazılır.

Onunla 2030-cu ilədək müqavilə imzalanıb.