• 7 °C
|

London derbisində “Arsenal” “Tottenhem”i böyük hesabla məğlub edib

22 Fevral 2026
img

İngiltərə Premyer Liqasında XXVII tur davam edir.

Apasport.az xəbər verir ki, gün London derbisi ilə yadda qalıb.

"Tottenhem" "Arsenal"ı qəbul edib. Matçda qapılara 5 qol vurulub. Hesabı Ebereçi Eze açıb. 2 dəqiqə sonra Rendal Kolo Muani oyuna tarazlıq gətirib.

İkinci yarı tamamilə fərqli ssenaridə keçib. "Topçular" Viktor Gyökereşin dublu və Ezenin növbəti qolu ilə inamlı qələbə qazanıb – 4:1.

Qeyd edək ki, aktivində 61 xal olan "Arsenal" "Mançester Siti"ni 5 xal qabaqlayır. "Şəhərlilər"in hesabında daha 1 oyun var.