• 23 °C
|

Mahir Emreli: “Kayzerslautern” böyük klubdur, hədəfə çatmaq üçün əlimdən gələni edəcəyəm”

24 İyun 2025
img

Almaniya təmsilçisi "Kayzerslautern"a transfer olunan Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni klubunda çatmaq istədiyi hədəflərinin olduğunu bildirib.

"Report" xəbər verir ki, 27 yaşlı futbolçu barədə klubun rəsmi saytına açıqlamasında söyləyib.

"Kayzerslautern" böyük kollektivdir. Almaniya karyerama başlamazdan əvvəl bu komandanı tanıyırdım. Ötən mövsüm "Nürnberq"in heyətində çıxış edərkən "Kayzerslautern" stadionunun atmosferi və azarkeşləri ağlımda qalmışdı. Mənə güvənən hər kəsə təşəkkür edirəm. Mənə göstərilən etimadı doğrultmaq üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm", – M.Emreli deyib.

Qeyd edək ki, Mahir Emreli bu gün "Kayzerslautern" klubu ilə 3 illik müqavilə bağlayıb.