• 14 °C
|

Mahir Emreli “Nürnberq” komandasında növbətini qolunu vurub

19 Aprel 2025
img

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında növbətini qolunu vurub.

"Report"un məlumatına görə, qarşılaşma II Bundesliqanın XXX turuna təsadüf edib.

Doğma meydanda "Paderborn" kollektivinin qəbul edən "Nürnberq"in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb.

Hazırda davam edən görüşdə hesab bərabərdir – 1:1.

Qeyd edək ki, bu, 27 yaşlı hücumçunun II Bundesliqada vurduğu 6-cı qol olub. O, daha bir dəfə Almaniya Kubokunun oyununda fərqlənib.