• 5 °C
|

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub edib

8 Fevral 2026
img

İngiltərə Premyer Liqasında XXV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Brayton” öz meydanında “Kristal Pelas”la üz-üzə gəlib.

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi qarşılaşmasında isə “Liverpul” azarkeşləri önündə “Mançester Siti”ni qəbul edib. Erlinq Haalandın 90+3-cü dəqiqədə penaltidən vurduğu qol “Siti”yə qələbə qazandırıb – 2:1.