• 7 °C
|

Premyer Liqa: “Yunayted” “Arsenal” səfərindən 3 xalla qayıdıb

25 Yanvar 2026
img

İngiltərə Premyer Liqasında XXIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Brentford” öz meydanında “Nottingem Forest”i qəbul edib.

Qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb – 2:0.

Turun mərkəzi qarşılaşması isə Londonda baş tutub. Lider "Arsenal" "Mançester Yunayted"i sınağa çəkib. Gərgin keçən görüşdə azarkeşlər 5 qola şahidlik ediblər. "Topçular" rəqibinə 2:3 hesabı ilə məğlub olub.

İngiltərə Premyer Liqası
XXIII tur
18:00. “Brentford” – “Nottingem Forest” – 0:2
18:00. “Kristal Pelas” – “Çelsi” – 1:3
18:00. “Nyukasl” – “Aston Villa” – 0:2
20:30. “Arsenal” – “Mançester Yunayted” – 2:3