• 10 °C
|

PSJ “Napoli”dən Kvaratsxeliyanı transfer etdiyini açıqlayıb

18 Yanvar 2025
img

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Fransanın PSJ komandasına keçib.

APA klubun rəsmi saytına istinadla xəbər verir ki, 23 yaşlı oyunçu ilə 2029-cu ilin yayınadək müqavilə imzalanıb.

Paris klubu bu transfer üçün İtaliyanın “Napoli” komandasına 70 milyon avro ödəyib.