• 5 °C
|

PSJ tarixi nəticə əldə edib, bir ildə 49-cu qələbəni qazanıb

14 Dekabr 2025
img

Fransa Liqa 1-də 16-cı turun oyunları davam edir.

Çempionatın liderlərindən olan PSJ turnir cədvəlinin autsayderlərindən sayılan “Metz”lə qarşılaşıb. Paris təmsilçisi çətinlik çəkmədən rəqibini 3:2 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, bu qələbə PSJ üçün xüsusi əhəmiyyət daşıyıb.

Belə ki, parislilər klubun iştirak etdiyi bütün yarışlar nəzərə alınmaqla cari təqvim ilində 49-cu qələbəsini qazanıb. Bununla da PSJ klub tarixində yeni rekorda imza atıb.

Əvvəlki rekord 2017-ci ilə aid idi. Həmin il PSJ ümumilikdə 48 qələbə əldə etmişdi. Paris klubunun tarixində üçüncü ən yüksək göstərici isə 2015-ci ildə qeydə alınıb – həmin mövsümdə komanda bir il ərzində 45 dəfə qalib gəlmişdi.