• 17 °C
|

“Qalatasaray” “Fənərbağça”nı məğlub edərək yarımfinala yüksəlib

3 Aprel 2025
img

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin daha iki görüşü keçirilib.

APA xəbər verir ki, günün ilk oyunu “Trabzonspor”la “Bodrumspor” arasında olub. Qarşılaşma Qara dəniz təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Kubokun mərkəzi görüşü isə İstanbulda oynanılıb. Tarixi derbidə “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”la qarşılaşıb. Matç "cim-bom"un 2:1 hesablı üstünlüyü ilə bitib.