"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turu çərçivəsində növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə İspaniya təmsilçisi “Atletik”lə üz-üzə gələcək.
Oyuna Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
Qeyd edək ki, geridə qalan iki turdan sonra “Qarabağ”ın 6, “Atletik”in isə xalı yoxdur.
UEFA Çempionlar Liqası
III tur
20:45. “Atletik” – “Qarabağ”
Baş hakim: İqor Payaç (Xorvatiya)
Bilbao, “San Mames” stadionu
"Atletik": 1. Unay Simon, 17. Yuri Berçiçi, 14. Aymrik Laport, 4. Aytor Paredes, 2. Andoni Qorosabel, 18. Mikel Xarequizar, 30. Alexandro Reqo, 8. Oyan Sanset, 9. İnaki Villiams (k), 10. Niko Uilyams, 11. Qorka Quruzeta
Baş məşqçi: Ernesto Valverde
"Qarabağ": 99. Mateuş Koxlaski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran, 7. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov.