• 5 °C
|

“Real Madrid”in baş məşqçisi Xabi Alonso istefaya göndərilib

12 Yanvar 2026
img

"Real Madrid"in heyətində ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, baş məşqçi Xabi Alonso komandanı tərk edib.

Bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 44 yaşlı ispaniyalı mütəxəsssislə müqaviləyə xitam verilib.

Xatırladaq ki, "Real Madrid" ötən gün İspaniya Superkubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlindən "Real Madrid"ə rəhbərlik edirdi.