• 6 °C
|

“Real” “Siti”yə, “Napoli” “Benfika”ya məğlub olub

11 Dekabr 2025
img

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura bu gün yekun vurulub.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma keçirilib.

Günün maraqla gözlənilən matçı İspaniyada baş tutacaq. "Real" doğma azarkeşləri önündə İngiltərənin "Mançester Siti" klubu ilə üz-üzə gəlib. 3 qolun vurulduğu matçda sevinən tərəf "şəhərlilər" olub – 2:1.

"Napoli" isə səfərdə "Benfika"ya 0:2 hesabı ilə uduzub.

Son çempion PSJ isə "Atletik"lə 0:0 hesablı heç-heçəyə razı olub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VI tur

10 dekabr

21:45. "Qarabağ" (Azərbaycan) – "Ayaks" (Niderland) 2:4

21:45. "Vilyarreal" (İspaniya) – "Kopenhagen" (Danimarka) 2:3

00:00. "Atletik" (İspaniya) – PSJ (Fransa) 0:0

00:00. "Bayer" (Almaniya) – "Nyukasl" (İngiltərə) 2:2

00:00. "Benfika" (Portuqaliya) – "Napoli" (İtaliya) 2:0

00:00. "Brügge" (Belçika) – "Arsenal" (İngiltərə) 0:3

00:00. "Borussiya" (Dortmund, Almaniya) – "Bodo Qlimt" (Norveç) 2:2

00:00. "Yuventus" (İtaliya) – "Pafos" (Kipr) 2:0

00:00. "Real" (İspaniya) – "Mançester Siti" (İngiltərə) 1:2