• 30 °C
|

“Sabah” UEFA Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

11 Avqust 2026
img

Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarkanın “Orhus” klubunu 4:0 hesabı ilə məğlub edib.

APA xəbər verir ki, Bakıda keçirilən qarşılaşmada hesabı 59-cu dəqiqədə Velko Simiç açıb.

Daha sonra Stiv Solvet 67-ci, Joy-Lans Mikels 79-cu, Kandar Severina isə 89-cu dəqiqədə fərqlənib.

Beləliklə, iki oyunun nəticəsinə görə “Sabah” “Orhus”u 5:2 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.